Kerri İraqda Bərzaniyə səsləndi: <span style="color:red;">“Fəal olun”
24 iyun 2014 18:41 (UTC +04:00)

Kerri İraqda Bərzaniyə səsləndi: “Fəal olun”

0

İraqda səfərdə olan ABŞ dövlət katibi Con Kerri Kürdüstan bölgəsinin lideri Məsud Bərzani ilə görüşüb. Lent.az-ın xəbərinə görə, Ərbildə keçirilən görüşdə C.Kerri İraqda yeni hökumətin qurulmasında M.Bərzanini fəal olmağa çağırıb.

 

M.Bərzani C.Kerriyə İŞİD-in ələ keçirdiyi şəhərlərlə peşmərgənin nəzarətindəki bölgələrin sərhədləri haqda məlumat verib.

 

C.Kerri ölkədəki böhrandan yeganə çıxış yolunun tezliklə vahid hökumətin formalaşmasında gördüyünü bildirib. C.Kerri ölkədəki bütün etnik və dini qrupların yer aldığı hökumətin qurulması ilə problemlərin daha rahat həll olunacağını qeyd edib.

 

Dövlət katibi eyni zamanda, siyasi dialoqun təşkilində ABŞ-ın fəal rol oynaya biləcəyini sözlərinə əlavə edib.   

 

M.Bərzani isə sünnilərlə İŞİD terror təşkilatını eyniləşdirməyin və silahlı mübarizənin əleyhinə çıxıb.

 

C.Kerri dünən paytaxt Bağdadda baş nazir Nuri Əl-Maliki və xarici işlər naziri Xoşiyar Zəbari ilə də görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1004

Oxşar yazılar