Liviyadan İtaliyaya gedən gəminin batması nəticəsində 400 nəfər mühacir ölüb.
Lent.az-ın sözcü.com.tr-yə istinadən verdiyi məlumata görə, ölənlərin çoxu uşaq və gənclərdi.
150 nəfərə yaxın mühacir xilas edilib. Xilas edilənlərin çoxu afrikalıdır. Bölgədə havaların isinməsi ilə qaçaq insan daşıyan gəmilərin sayı artıb. Son 4 gündə İtaliyanın dəniz polisi təxminən 8 min qaçağı xilas edib.