İsrail Qəzzanı yenə bombaladı: qadın və uşaq daxil olmaqla, azı 3 nəfər öldu, 75 nəfər yaralandı
20 avqust 2014 07:43 (UTC +04:00)

İsrail Qəzzanı yenə bombaladı: qadın və uşaq daxil olmaqla, azı 3 nəfər öldu, 75 nəfər yaralandı

0

İsrailin Qəzza zolağını atəşə tutması nəticəsində qadın və azyaşlı uşaq daxil olmaqla, azı 3 nəfər ölüb, 75 fələstinli isə yaralanıb

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, ölənlər raket zərbəsi nəticəsində dağılan üçmərtəbəli yaşayış binasının uçqunları altından çıxarılıb. Ölənlər arasında qadının və üç yaşlı uşağın da olduğu bildirilir.   

 

Qeyd edək ki,  İsrail ordusu bu gecə Qəzza zolağına zərbələr endirib. “BBC”-nin verdiyi xəbərə görə, Fələstin silahlıları  tərəflər arasında əldə edilmiş atəşkəs rejimini pozaraq İsrail istiqamətində 3 raket buraxıb. Məlumata görə, İsrail ordusu, öz növbəsində, Qəzzaya cavab zərbələri endirib.    
 
 
İsrail ordusuna cavab atəşi ilə bağlı əmri baş nazir Binyamin Netanyahu verib. Həmçinin, Qahirədə danışıqlarda iştirak edən İsrailin nümayəndə heyəti geri çağırılıb.  
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 808

Oxşar yazılar