İŞİD terror təşkilatı paytaxt Bağdada yaxınlaşmaqdadır. Lent.az-ın xəbərinə görə, terrorçular artıq Bağdadın 100 kilometrliyindədir.
Xatırladaq ki, İŞİD yaraqlıları artıq İraqın böyük şəhərləri olan Mosul və Tikriti ələ keçiriblər.
Bu arada İraq ordusu isə Səlahəddin vilayətinə hücum hazırlığına başlayıb. Hökumətdəki mənbələrdən verilən xəbərlərdə, generallar Ali Möhsün el-Fərəyci və Hatəm əl-Maksusinin Səlahəddin vilayətindəki yaraqlılara qarşı aparılacaq əməliyyatlara rəhbərlik edəcəyi deyilir.