İraqda daha iki partlayış: <span style="color:red;">8 ölü
12 dekabr 2016 00:12 (UTC +04:00)

İraqda daha iki partlayış: 8 ölü

0

İraqın Əl-Fəluca şəhərində bir-birinin ardınca iki partlayış baş verib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, şəhərdə minalanmış avtomobillər partladılıb.

 

Partlayışlar nəticəsində 8 nəfərin öldüyü bildirilir. Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Qeyd edək ki, dekabrın 11-də İraqın paytaxtı Bağdadda minalanmış avtomobilin partladılması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar