İranla bağlı növbəti müzakirə iyulun 16-da olacaq
11 iyul 2013 23:00 (UTC +04:00)

İranla bağlı növbəti müzakirə iyulun 16-da olacaq

0

İranın nüvə problemi ilə bağlı  növbəti görüş iyulun 16-da Brüsseldə baş tutacaq.

 

Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, “Röyters” agentliyi Ketrin Eştonun mətbuat katibi Maykl Menə istinadla məlumat yayıb.

 

“ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniya nümayəndələri İranın nüvə probleminin həllinə dair lazımi addımları müzakirə edəcək” - deyə, Maykl Men bildirib.   

 

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında müzakirələrin sonuncu mərhələsi bu ilin aprelində  Qazaxıstanın Almatı şəhərində keçirilib. İyunun əvvəlində İran “altılıq”la tam formatlı görüşün keçirilməsinə hazır olduğunu təsdiqləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 510

Oxşar yazılar