İordan çayının qərb sahilində toqquşmalar:[b]2 ölü, 760 yaralı[/b]
08 dekabr 2017 23:29 (UTC +04:00)

İordan çayının qərb sahilində toqquşmalar:[b]2 ölü, 760 yaralı[/b]

0

Bu gün İordan çayının qərb sahilində baş verən toqquşmalar nəticəsində 2 nəfər ölüb, 760 nəfər xəsarət alıb.

 

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə yerli tibb xidmətinin nümayəndələri bildirib.

 

“Bu gün iğtişaşlarda iki fələstinli ölüb,  daha üçü ağır vəziyyətdədir”, deyə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib. Qızıl Aypara Cəmiyyətindən verilən məlumatda isə bildirilib ki, gün ərzində 760-dən çox fələstinli yaralanıb, onlardan 60-ı güllə yarası alıb.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qüdsü paytaxt kimi tanımasından sonra “Həmas” hərəkatı 8 dekabrı İsrailə qarşı “Qəzəb Cüməsi” elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 445

Oxşar yazılar