Sabiq Özbəkistan prezidenti İslam Kərimovun adını daşıyan nəvəsi və böyük qızı Gülnarənin oğlu, yüzlərlə milyon dollar məbləğində pulu mənimsəməkdə və hakimiyyətdən sui-istifadə etməkdə təqsirləndirilən anasına qarşı iddiaların şər və böhtan olduğunu deyib.
Lent.az bildirir ki, İslam Kərimov BBC Özbək xidmətinə verdiyi müsahibədə, həmçinin anasının sahib olduğu iddia edilən 2 milyard dollar aktivlərin ona məxsus olmadığını deyərək, Özbəkistan hökumətində bir çox şəxsin bu məbləğdən qat-qat böyük sərvəti olduğunu qeyd edib.
Gülnarə Kərimovanın harada olduğu hələ ki, məlum deyil. Hətta bəzi media mənbələri onun öldüyünü deyiblər. Lakin övladları Gülnarə Kərimovanın Daşkənddə, ev həbsi rejimində saxlandığını bildirirlər.
Çərşənbə axşamı oğul İslam Kərimovun aldığı 3 iyul tarixli məhkəmə sənədində anasının Daşkənddə yerləşən həbsxanaya köçürüldüyü yazılıb. Lakin bu məlumatı təsdiqləmək mümkün olmayıb.
İslam Kərimovun BBC-ə Özbək xidmətində verdiyi müsahibənin qısaldılmış mətni:
BBC: Səkkiz ay əvvəl siz Özbəkistan hökumətindən ananızın vəziyyəti və ona qarşı ittihamlar barədə məlumat təqdim etməyi xahiş etmişdiniz. Sizə verilən məlumatdan razısınız?
İslam Kərimov (İ.K.): Qətiyyən, yox. Birincisi, ona qarşı irəli sürülən bütün ittihamlar şişirdilib - bu hamıya məlumdur. İkincisi, isə bu ittihamların çoxu saxtalaşdırılıb. Bir dənə də şahid yoxdur, imzalı sənəd yoxdur, heç bir səs yazısı və ya görüntü mövcud deyil.
Hər şey MTX-də (Özbəkistanın Milli Təhlükəsizlik Xidməti) üç-dörd il saxlanan şəxslərin döyülərək imzaladıqları ifadələr üzərində qurulub. Aydındır ki, MTX-də dörd il qalan adam nə lazımdırsa etiraf edəcək.
BBC: İttihamlarda Gülnarə Kərimovaya məxsus olduğu bildirilən bank hesabları və mülklərin yerləşdiyi 12 ölkənin adları çəkilir. Yəqin ki, digər ölkələrin təqdim etdiyi dəlillər də var?
İ.K.: Əgər dəlillər olsaydı xaricdə artıq məhkəmələr başlayardı, müsadirə olardı və ya hansısa maddələr üzrə ittihamlar irəli sürülərdi. Adları çəkilən ölkələrin heç biri nəinki Özbəkistandakı işin, heç məhkəmələrin və vəkillərin bir dənə də olsun qərarını tanımayıb.
Gülnarə Kərimovanın ev həbsi rejimində saxlanılmasına dair 3 iyul 2017-ci il tarixli qərarının bir qismi:

BBC: Sizin ananıza qarşı açılan cinayət işində 2 milyard dollar barədə danışılır. Onun maddi vəziyyəti barədə məlumatınız var idi?
İ.K.: Onun maddi vəziyyəti mənə məlumdur və mən dəqiq bilirəm ki, dəfələrlə şişirdilmiş bu hədsiz məbləğ üçün heç bir dəlil yoxdur. Mümkün olduğu hər şey ediblər. Bütün nazirlərin, bizim qohumlarımızın pis əməllərini anamın üzərinə qoyublar: onu mühakimə edəcəklər və geridə qalanları təmiz qalıb işlərinə davam edəcək.
Mən indi adlar çəkməyəcəm, lakin biz hakimiyyətdə, hökumət strukturlarında olan hər bir nazirin və digər şəxslərin layihələrini qeyd edən böyük bir sənədi ictimailəşdirməyə hazırlaşırıq. Onların çoxunda aktivlərin miqdarı daha yüksəkdir. Burda söhbət 2 milyarddan getmir.
BBC: Biz indi sizin ananız barədə danışmaq istəyirik. Siz onun nə vəziyyətdə olduğunu, hansı şirkətlərin ona məxsus olduğunu bilirdiniz? "Uzunrobita", "Angrensement", "Coca-Cola", MTC, "Vımpelkom" - bu barədə bilirdiniz? Onun hansı səhmləri və biznesləri var idi?
İ.K.: Mən bilmirdim ki, guya onun bu şirkətlərlə əlaqəsi var. Lakin, əvvəla, heç bir dəlil yoxdur və hətta Özbəkistanda da təqsirsizlik prezumpsiyası mövcud olmalıdır, buna inanmaq çətin olsa belə. Biz mədəni bir ölkə olmalıyıq və təqsirləndirilən hər bir şəxsə özünü müdafiə etməyə imkan verməliyik.
Mən onun dünyada ən yaxşı insan kimi tanınmasını istəmirəm. Lakin sadə fakt budur ki, o, ən pis insan deyil. Nəyəsə görə onu təqsirləndirirlər. Axı insanların evinə girib pul alıb çıxmayıb ki. Onunla əlaqələndirilən bu pulların bir qismi özünə məxsus olsa da, bu pullar onun hansısa başqa bir biznes fəaliyyətindəndir. Lakin hər şey rəsmi idi, demək olar ki, hər şey açıq idi...
BBC: Demək olar ki? Yəni ki, qeyri-rəsmi fəaliyyətləri də var idi?
İ.K.: Bəli, qeyri-rəsmi fəaliyyətləri də var idi, lakin bu, daha çox ictimai tərəflərə aiddir. Çünki babam həmişə deyərdi: "Sən məni heç vaxt kölgənə salmamalısan". O qorxurdu ki, anam ondan xalqın sevgisini oğurlaya bilər. Ona baxmayaraq ki, o, buna cəhd etmirdi və babam haqqında həmişə yaxşı danışardı.
Problem ondadır ki, babam bir neçə dəfə evdə oturarkən onu televizorda görüb orda-burda gözünə dəyib. O, o qədər qəzəbləndi ki, biz məcbur olduq bəzi ictimai layihələri gizlədək. Anama ictimai yerdə olmaq olmazdı - Özbəkistan mediasında, Özbəkistan kanallarında, tədbirlərdə.
Hətta Özbəkistan mədəniyyəti və incəsənəti Forumunun Fondunda olan bəzi şirkətləri rəsmiləşdirmək çox çətin idi. Çünki biz onlarla əlaqələrin olduğunu inkar etməyə məcbur qalmışdıq. Bəli, o, Qəyyumlar Şurasının direktoru idi və s.
Lakin, o, heç vaxt bunun onun ideyası olduğunu deyə bilməzdi, yoxsa babam dərhal deyərdi ki, "sən mənim əlimdən hakimiyyəti oğurlamağa çalışırsan".
Gülnarə Kərimovanın bu şəkli, onun ev həbsi rejimində saxlanılmasından əvvəl, 2013-cü ilin oktyabr ayında çəkilib.
GETTY IMAGESBBC: Deməli, prezident İslam Kərimov qızının biznes fəaliyyətindən məlumatsız idi?
İ.K..: Onun nəinki qızının, ölkədə heç kəsin biznes fəaliyyəti barədə məlumatı yox idi - nazirlərin, təhlükəsizlik rəhbərlərinin, bibimin...
BBC: Amma bu qızıdır. O, yəqin ki, qızı barədə bilirdi?
İ.K.: Onun etdiyi hər şeyi bilirdi - tamamilə bilirdi. Onun qəbul etmədiyi və bir müddət bilmədiyi yalnız bir şey var idi. ..O bununla mübarizə aparmaqdan əl çəkdi, ona görə ki, artıq gec idi, amma onun özü də başa düşürdü ki, onun əlindən hökuməti oğurlamağa çalışmır. Sadəcə kütlələrə öz mövqeyini və ölkənin mövqeyini çatdırmaq istədiyini anladı.
Özbəkistanda anamın etdiyindən nəsə çox etməyə qadir olan bir dənə də insan və ya qurum yoxdur. Onun barəsində nə gəldi danışmaq olar, lakin hökumətdən də olsa, iş adamı da olsa, bir nəfər də yoxdur ki, onun bacardığı həcmdə xeyriyyəlik işləri və layihələri reallaşdıra. Nə qədər insana təqaüdün verilməsi, müalicə almaq üçün xaricə göndərilməsi və s.
Bir dənə də adam bunu eləmədi, lakin indi hamı onu təqsirləndirir. Ondan onlarla dəfə daha çox qazanan bu adamlar niyə bunun bir qramını, hətta bir faizini etməyiblər, amma indi bizi təqsirləndirirlər?
BBC: Milyardlarla dollar barədə söhbət gedir. Ananıza çox yaxın olmusunuz, böyük oğlusunuz. Sizin yəqin ki, onun biznes fəaliyyəti barədə məlumatınız var. Siz dünyanı gəzmisiniz, cürbəcür tədbirlərdə, şənliklərdə olmusunuz - o cümlədən Avropada da - və siz yəqin ki, ananızın nə ilə məşğul olduğunu bilirdiniz? Yəqin soruşmuşdunuz - ana bizə bu qədər pul haradan gəlib?
İ.K.: Mən bilirdim ki, bu göstərilən miqdar mövcüd deyil. İki milyard...
BBC: Bəs onda nə qədərdir?
İ.K.: Mən dəqiq rəqəmi bilmirəm... Amma bilirəm ki, onların iddia etdiyi məbləğin yarısı, hətta dörd də biri belə şişirdilmiş olardı.
Nə üçün heç kəs konkret dəlillər barədə danışmır, sadəcə məbləği deyir? Bir dənə də adam inanmaz ki, MTX-də ittihamlar şişirdilmir. Ağlı başında olan hər kimsə aktivlərə baxıb görərdi ki, onların sahibindən asılı olmayaraq bu məbləğlər kəskin şəkildə şişirdilib. Lakin bu xırda fakt da bütün ittihamların tamamilə şişirdildiyini göstərir.
Əgər Özbəkistan hakimiyyəti həqiqəti sübut etmək istəyirsə, anamı, Rüstəmi (Gülnarə Kərimovanın keçmiş əri) və Qayaneni (Gülnarə Kərimovanını köməkçisi) və ya onların bu aktivlərlə əlaqəsi olduğunu düşündükləri başqalarını beynəlxalq məhkəməyə cəlb edə bilər. Heç kəs demir ki, onları buraxıb bizə verin. Yox, sadəcə onları beynəlxalq məhkəməyə gətirin ki, heç olmasa beş dəqiqəyə öz versiyalarını ifadə edə bilsinlər. Lakin onlara qohumları ilə əlaqə saxlamağa heç beş dəqiqə belə vaxt vermirlər.
Gülnarə Kərimovanın işində onun Londondakı 80 Market Mews adresində yerləşən və oğurlanan pul ilə alındığı iddia edilən evinin də adı çəkilir.
Hüquqi sənədlərə əsasən, ev 2012-ci ildə Porchester Industries Ltd. şirkətinin direktoru və Gülnarə Kərimovanın keçmiş əri Rüstəm Madumarov tərəfindən alınıb.
Gülnarənin böyük oğlu, İslam Kərimovun özü də 2010-cu ildən bəri Britaniyada yaşayır. O, BBC-ə bu ev barədə heç zaman bir şey eşitmədiyini, onun alınması barədə məlumatı olmadığını və bu evdə heç zaman olmadığını deyib.
İslamın dediyinə görə, Rüstəm Madumarovun özü artıq 4 ildir ki, MTX saxlanma müəssisəsindədir və orda onu döyərək istənilən etirafı əldə etmək mümkün ola bilərdi. "Əgər Rüstəm nəyəsə sahibdirsə, o demək deyil ki, anam da ona sahibdir. Onlar iki fərqli insanlardır - onlar heç evli olmayıblar", İslam Karimov deyib.
Sənədlərdə adı çəkilən başqa bir ev, İsveçrənin Cenevrə şəhərində 2009-cu ildə Gülnarə Kərimovanın özü tərəfindən alındığı deyilir. Evin qiymətinin 18 milyon dollar olduğu deyilir.
İslam Kərimov deyir ki, bu ev həqiqətən də anasına məxsusdur, lakin o, bu evi özü almayıb. Oğul İslam Kərimov bu evin anasına valideynləri, yəni ki, Özbəkistanını keçmiş prezidenti və onun yoldaşı tərəfindən İsveçrəyə işləməyə gəldiyində bağışlanıb.
Prezident İslam Kərimov və yoldaşı Tatyana, 2011-ci ildə Hindistana səfərdə olarkən
GETTY IMAGES"Mən düşünürəm ki, ona heç bu evin qiyməti belə məlum deyildi" deyərək İslam Kərimov bu evin alınmasını Prezident Aparatında kiməsə tapşırdığına gümanı olduğunu bildirib.