Ermənistanda Rusiya bayrağı tapdalanıb - FOTO
14 yanvar 2015 17:13 (UTC +04:00)

Ermənistanda Rusiya bayrağı tapdalanıb - FOTO

0
 Ermənistanın Gümrü şəhərində Rusiya Baş Konsulluğunun binasına doğru avtoyürüş başlayıb.

 

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, aksiyada yüzlərlə sakin iştirak edir. Onlara İrəvandan gələn ictimai fəallar da qoşulub.

 

Yüzlərlə avtomobil Gümrüdəki 8 saylı hərbi şəhərcikdən Rusiya Baş Konsulluğuna istiqamət götürüb. Yürüş iştirakçıları Rusiyadan Gümrüdə Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirmiş hərbçi Valeri Permyakovu Ermənistana təhvil verməyi tələb edirlər. İştirakçılardan bəziləri Rusiya bayrağını tapdalayıb.

 

Qeyd edək ki, qətl hadisəsi yanvarın 12-də Gümrüdə, Avetisyan ailəsinin evində baş verib. Qatilin Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov olduğu sübuta yetirilsə də, hərbçi Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməyib və istintaq müştərək aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 355

Oxşar yazılar