Ermənistan vətəndaşları qəzaya düşüb, 3 nəfər ölüb - Gürcüstanda
0
0
Gürcüstanda Tbilisi-Senaki-Leselidze magistralında “Mersedes-Benz” markalı mikroavtobus qəzaya uğrayıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfərə ağır yaralanıb.
Ölənlərin Ermənistan vətəndaşları olduğu bildirilib. Onlardan biri orta yaşlı qadın, ikisi isə azyaşlı uşaqdır.
Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyində cinayət işi açılıb.
0
0