Əfqanıstanda atışma: - 5 ölü, 5 yaralı
26 dekabr 2016 01:33 (UTC +04:00)

Əfqanıstanda atışma: - 5 ölü, 5 yaralı

0

Əfqanstanın şimalında ordu qüvvələri ilə “Taliban” silahlıları arasında atışma baş verib.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, Şibarqan şəhəri yaxınlığında baş verən qarşıdurmada 5 silahlı məhv edilib, daha 5-i yaralanıb.

 

Məlumata əsasən, atışma silahlıların nəzarət-keçid məntəqəsinə hücumundan sonra baş verib. Hərbçilər arasında itkilər barədə məlumat verilmir. “Taliban” hərəkatı insidentlə bağlı hələ ki, açıqlama verməyib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 365

Oxşar yazılar