Əfqanıstan fəlakətindən <span style="color:red;">EKSKLÜZİV FOTOLAR
26 aprel 2014 12:26 (UTC +04:00)

Əfqanıstan fəlakətindən EKSKLÜZİV FOTOLAR

0

Əfqanıstanın şimalı sel fəlakəti yaşayır. Yerli jurnalist Said Sadayın Lent.az-a verdiyi məlumata görə, ölkənin şimalında yerləşən Cauzcan, habelə Bəlx şəhərlərində ölü sayı 130-u keçib. “Onlarla insandan xəbər yoxdur. Yaralılara yardım etmək üçün dava-dərman çatmır. Bölgənin ən böyük şəhəri Məzari-Şərif, habelə paytaxt Kabillə əlaqə kəsilib. 5 minə yaxın ailə gecəni küçələrdə keçirib”.

 

Həmkarımızın məlumatına görə, bölgədə əsasən etnik özbəklər və xəzərlər yaşayır. Dünən gecəykən bölgənin siyasi lideri sayılan general Rəşid Dustum fəlakət zonasına gəlib. O, əhalini təmkinli olmağa çağırıb, mərkəzi hökumətin tezliklə bölgəyə humanitar yardım göndərəcəyini bəyan edib.

 

Said Saday Lent.az-a fəlakəti əks etdirən eksklüziv fotolar da göndərib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3227

Oxşar yazılar