Bu foto “Anadolu” agentliyinin əməkdaşı tərəfindən İraqda çəkilib. Fotodakı balaca "İŞİD" terror təşkilatının hücumlarından qaçan yezidi kürdlərdən birinin ailəsində böyüyür. Sağlam böyüyəcəyi, ümumiyyətlə böyüyəcəyi sual altındadır. Başlarına ələnən güllələr hər an onların həyatına son qoya bilər. Bu körpələr İraqda yaradılmış qan gölündə boğulurlar. Qan gölündə isə sular durulmur. Bu qan artıq hamının üzərinə sıçrayıb. Siyasətçisindən tutmuş körpəsinə kimi. Adı məlum olmayan bu cocuğun gözləri nələr demir ki, insana. Bu uşaqlar nə səbəbə güllə yağışının altında yaşamalıdır? Kübar əmilər ayaqlarını-ayaqlarına aşırıb xoş bəyanat verərkən, sülhdən, ədalətdən dəm vurarkən bu uşaqların günləri qara əskiyə bükülür axı.
Bu körpənin gözlərinə diqqətlə və uzun müddət baxmaq lazımdır. Baxmaq, baxmaq, baxmaq...