Çin nəhəng dəmiryolu layihəsi hazırlayır. Lent.az-ın Almaniya mətbuatına istinadən verdiyi xəbərə görə, hazırda 4 böyük dəmiryolu proyekti üzərində iş gedir. Dəmiryolu Çin-Rusiya-Kanada-Amerika, Şimali Çin-Moskva-Berlin-Paris-London, Çin-Hindistan-Pakistan-İran-Türkiyə-Almaniya və Çin-Vyetnam-Kamboca-Malaziya-Sinqapur istiqamətlərində olacaq.
Sürət qatarı saatda 350 km sürətlə hərəkət edəcək və iki günə dünyanın bu başından o başına çatmaq mümkün olacaq. Layihənin yaxın 10-15 ilə reallaşacağı gözlənilir.