Çavuşla ərinə xəyanət edirmiş – <span style="color:red;">Film kimi hadisə
14 iyul 2014 14:45 (UTC +04:00)

Çavuşla ərinə xəyanət edirmiş – Film kimi hadisə

0

Türkiyənin Diyarbəkir bölgəsində filmə bənzər hadisə baş verib. Lent.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, evdar qadın R.K. ilə görüşmək üçün onun evinə gələn çavuş A.Ç şkafda gizlənən biznesmen ər tərəfindən tutulub.

 

Öldürüləcəyindən qorxan çavuş isə polisə zəng edib. Dərhal hadisə yerinə gələn polis əməkdaşları çavuşu xilas ediblər. 

 

Hüquq-mühafizə orqanlarından verilən açıqlamada qeyd olunur ki, xəyanətkar qadınla çavuş sosial şəbəkədə tanış olublar.

 

Qadın polisə verdiyi izahatında 10 ildir evli olduğunu bildirib və qeyd edib ki, ərinin evdə olmamasından istifadə edərək, A.Ç adlı çavuşu evinə dəvət edib: “Gəlməsi üçün çox israr etdim. O, bizə gəldi və mətbəxdə yemək yedik. Bu zaman ərim şkafdan çıxdı və əlindəki tüfəngi çavuşa tuşlayaraq, onu öldürəcəyini bildirdi. Mən ərimin önünə keçərək, ona səhv anladığını bildirdim. Bundan sonra ərim məni döyməyə başladı”.

 

Qeyd edə ki, faktla bağlı Türkiyənin Respublika Prokurorluğunda cinayət işi qaldırılıb və çavuşun həbs ediləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 10187

Oxşar yazılar