Buzlaqda Leninin heykəli, saatda 80 km, göydə avtomobil yolu - <span style="color:red;">MARAQLI
13 iyun 2015 14:45 (UTC +04:00)

Buzlaqda Leninin heykəli, saatda 80 km, göydə avtomobil yolu - MARAQLI

0

1. Dünyanın ən isti ərazisi Efiopiyadır. Bu ölkədə orta illik hərarət 34,4 dərəcə olur.

 

2. Ən dərin mağara – Krubera mağarasıdır. Rusiyada yerləşən mağaranın dərinliyi 200 metrdir.

 

3. Dünyanın ən yüksək nöqtəsi Everestdir. Dəniz səviyyəsinə görə, hündürlüyü 8848 metrdir.

 

4. Dünyanın mərkəzinə ən uzaq nöqtə Çimborazo dağıdır.

 

5. Dünyanın ən səssiz adası – Bouvet adasıdır. Cənubi Atlantikada yerləşən bu ada Antarktidadan 1600, Cənubi Afrikadan 2500 km uzaqdan yerləşir və Norveç torpağı sayılır.

 

6. Dünyanın “ən tənha yeri” Antarktidada yerləşir. Çatılmaz nöqtə adlandırılan bu yer Cənub qütbünə çox yaxındı. Maraqlı məqamlardan biri də, bu yerdə Leninin heykəlinin olmasıdır.

 

7. Dünyanın ən düz sahəsi Boliviyada yerləşən Uyuni duz gölüdür.

 

8 .Ən yüksəkdə yerləşən göl – Titikaka gölüdür. Peru və Boliviyanın sərhədində yerləşən bu göl 3812 metr yüksəklikdə yerləşir.

 

9. Quruda ən aşağı yer – Ölü dənizin sahildir. Dəniz səviyyəsindən 418 metr aşağıda yerləşən bu dəniz, İsrail, İordaniya və Fələstin arasında yerləşir.

 

10. Ən uzun sıra dağları – And dağlarıdır. Cənubi Amerikanın 7 ölkəsindən keçən dağların uzunluğu 8000 km-dir.

 

11 .Ən dərin hazırlanan quyu Rusiyanın Kola yarımadasındadır. Bu quyunun dərinliyi 15-km-dir.

 

12. Dünyanın ən yağıntılı bölgəsi – Çoçodur. Kolumbiyada yerləşən bu əraziyə 11770 m2 yağış yağır.

 

13 .Ən quraq ərazi Çilidə yerləşən  Atakama çölüdür. 1903-cü ildən 1918-ci ilə qədər bir damla yağmur yağmadığına görə, dünya tarixində rekord olaraq düşüb

 

14. Dəniz sahili olmayan insanların ən çox məskunlaşdığı yer – Efiopiyadır. Dəniz sahili olmayan ərazilərdə 70 milyon insan yaşayır.

 

15 .Dünyanın ən böyük uçurumu – Kanada yerləşən Tor dağıdır. 105 dərəcə altında yüksələn qayanın hündürlüyü 1250 metrdir.

 

16. Dünyanın ən soyuq yeri – Oymkyakondur. Rusiyada yerləşən bu şəhərdə 7 ay ərzində istiliyi 0-dan aşağı olur. Bu şəhərdə 400 nəfər yaşayır. Qışda temperatur -60 dərəcəyə qədər düşür.

 

17.  Ən küləkli yer Antarktidada yerləşən Kommonvealt körfəzidir.

Bu yerdə kürəyin illik ortalama küləyin  sürəti 80 km/saatdır.

 

18 .Ən yüksəklikdə axan şəlalə Venesuelladakı Anheldir. 900 metr yüksəkliyi olan şəlalə o qədər yüksəkdir ki, su yerə çatmadan buxarlanır.


19. Ən yüksək dağ keçidi - Marsimik La Hindistanda yerləşir. Dəniz səviyyəsindən 5582 metr yüksəklikdə olan bu keçid, eyni zamanda dünyanın ən yüksək avtomobil yoludur.

 

20. Ən böyük şirin sulu göl  - Superior gölüdür.
 

21 .Dünyanın ən uzun sahil zolağı  Kanadadır. Uzunluğu 95.000 km-dir.

 

22. Ən böyük vadi – Amerikada yerləşən Böyük Kanyondur.

350 kilometr uzunluğunda və 1,6 kilometr dərinliyindədir.

 

23. Ən böyük buzlağı – Lambert- Fişer buzlağıdır. Antarktidada olan bu buzlağın uzunluğu 160 km-dir.

 

24. Ən kiçik çay Roye çayıdır. Montanada olan çayın mənbəyi ilə dənizə töküldüyü yerin arasında məsafə 65 metrdir.

 

25. Dünyanın ən dərin yeri – Mariyana çökəkliyidir. 10.911 metr dərinliyindəki bu çökəkliyə bu günə qədər sadəcə 3 dənizçi enə bilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 500

Oxşar yazılar