Mercedes şirkəti dünyada ən uzun kupe avtomobili nümayiş etdirib. Lent.az buro247.az-a istinadən xəbər verir ki, kupe "qağayı qanadı" stilində qapıları, xrom radiator barmaqlığı əldə edib. Yeniliyin uzunluğu 6 metrdir. Salonda sensor alətlər paneli və proyeksiyalı displey yerləşdirilib. Bu displey bütün lazımi məlumatları avtomobilin qabaq şüşəsinə çıxarır. Konsept Mercedes-Benz S-Class Coupe bazasında hazırlanıb, Rolls-Royce, Aston Martin və Bentley avtomobilləri ilə rəqabət apara biləcək Maybach imkanlarının nümayişi üçün yaradılıb. Model yaxın zamanlarda seriya avtomobilinə çevriləcək və gələn il debüt edəcək.





Mənbə:http://www.buro247.az/lifestyle/autos/d-nyan-n-n-uzun-kupe-avtomobili.html