Bəşər Əsəddən qəribə addım: 1 milyon dollar MÜKAFAT
07 dekabr 2014 17:17 (UTC +04:00)

Bəşər Əsəddən qəribə addım: 1 milyon dollar MÜKAFAT

0

Suriyada 4 ildir davam edən vətəndaş müharibəsinə baxmayaraq ölkə prezidenti Bəşər Əsəd Yeni il ərəfəsində ənənəvi lotereya oyunlarının keçirilməsinə göstəriş verib. Lent.az-ın Suriyanın rəsmi SANA agentliyinə istinadən verdiyi məlumata görə, lotereyeda ümumilikdə 1 milyon dollardan çox mükafat nəzərdə tutulub. Yanvarın 6-da keçiriləcək ilk tur üçün artıq 5 bilet çap olunub və biri 3 dollardan satışa çıxarılıb. İlk turda cek-pot 250 min dollar, ümumi mükafat məbləği isə 674 min dollar olacaq. Yanvarın 20-də baş tutacaq ikinci turda isə böyük mükafat 125 min dollar, ümumi mükafat məbləği isə 366 min dollar olacaq.

 

Qeyd edək ki, bu günlərdə BMT-nin Qida Proqramı çərçivəsində 1, 7 milyon suriyalı qaçqına yardım kuponlarının paylanması dayandırılıb. Bəşər Əsədin lotereya oyunları keçirməsinin bu ərəfəyə təsadüf etməsi maraq doğurur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar