“Türkiyə ilə neft və qaz razılaşması 50 il qüvvədə qalacaq”. Lent.az-ın Türkiyə mətbuatına istinadın verdiyi məlumata görə, bunu İraq Kürdüstan Regional Rəhbərliyinin başçısı Məsud Bərzani qeyd edib. O bildirib ki, İraq konstitusiyasına görə, İraq büdcəsinin 17 faizi kürd bölgəsinə ayrılmalıdır: “Ancaq rəsmi Bağdad həmin vəsaiti bizə göndərmir”.
Bərzani onu da qeyd edib ki, buna görə də Kürdüstan rəhbərliyi Türkiyəyə neft satır: “Satdığımız neftdən əldə edilən gəlirin 17 faizini özümüzə götürürük, qalan hissəsini isə Bağdada göndəririk”.