İraqın paytaxtı Bağdad yaxınlığındakı Bakuba şəhəri İŞİD qüvvələri tərəfindən ələ keçirilib. Lent.az-ın İraqdakı əməkdaşının verdiyi məlumata görə, bu barədə İraq televiziyaları xəbər yayıb. Şəhərdə onlarla insanın öldüyü deyilir.
Bundan başqa, dünən gecə saatlarında Kərkükün mərkəzində bomba partladılıb. Məsuliyyəti öz üzərinə götürən İŞİD terror təşkilatı şəhər sakinlərinə müraciət edərək, şəhəri könüllü şəkildə boşaltmağı tələb edib.
Habelə, şiələrin yaşadığı Nəcəf şəhərində də partlayış törədilib. Partlayışı İŞİD-in törətdiyi ehtimal olunur.
Mosul, Telafar, Bakuba, Tikrit şəhərləri tam olaraq İŞİD-in nəzarətindədir.