Azərbaycanlı köçkünlərin acınacaqlı durumu Britaniya mediasında - FOTO 
25 iyun 2014 10:45 (UTC +04:00)

Azərbaycanlı köçkünlərin acınacaqlı durumu Britaniya mediasında - FOTO 

0

 İyunun 20-də Böyük Britaniyanın  nüfuzlu “The Telegraph” qəzetində dünya şöhrətli amerikalı fotojurnalist Ed Kaşinin azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyini əks etdirən “Həyata keçməyən arzular” adlı foto sərgisinə dair müsahibəsi və foto sessiyası dərc edilib. 

 

APA-nın xəbərinə görə, Ed Kaşi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəvəti ilə azərbaycanlı qaçqın və məcburi köçkünlərin didərginlik həyatlarını fotoobyektivə almaq üçün Azərbaycanda səfərdə olub. Fotoqraf “The Telegraph”a verdiyi müsahibədə Azərbaycanın qaçqın və məcburi köçkün problem ilə üzləşən ilk keçmiş sovet ölkəsi olduğunu bildirib: “Qaçqınlar Ermənistandan, məcburi köçkünlər isə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf yeddi rayondan olan etnik azərbaycanlılardır”.

 

E. Kaşinin sözlərinə görə, hazırda Azərbaycan dünya ölkələri sırasında adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayına görə birinci yerdədir.

 

Müəllifin “Həyata keçməyən arzular” adlı foto sərgisi TEAS tərəfindən London və  Brüsseldə təşkil olunub. Ötən həftədən etibarən isə Ümumdünya Qaçqınlar günü münasibətilə Parisdə sərgilənir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 846

Oxşar yazılar