Ankarada avtobus aşdı - <span style="color:red;">28 yaralı
29 oktyabr 2017 21:17 (UTC +04:00)

Ankarada avtobus aşdı - 28 yaralı

0

Türkiyənin paytaxtı Ankara yaxınlığında mədən işçilərini daşıyan avtobus aşıb.

 

APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, hadisə Bəybazarı ərazisində qeydə alınıb. Avtobus idarəetmədən çıxaraq yolun kənarındakı tarlaya aşıb.

 

Qəza nəticəsində 28 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəza zamanı nəqliyyat vasitəsində 35 nəfər olub. Hadisənin səbəbləri barədə məlumat verilmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 451

Oxşar yazılar