Moskvada işləmiş amerikalı jurnalist Devid Setter Rusiya hakimiyyətinin onu ölkəyə buraxmadığını bildirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Setter 1976-82-ci illərdə «Financial Times» qəzetinin Moskva üzrə müxbiri olub. Sonralar «Wall Street Journal»-ın SSRİ məsələləri üzrə xüsusi müxbiri işləyib.
Hazırda Cons Hopkins Universitetinin elmi əməkdaşıdır.
2013-cü ilin sentyabrında Setter «Svaboda» radiostansiyasının məsləhətçisi işləmək üçün Moskvaya səfər edib.
Dekabrda o, Ukraynada Rusiyanın səfirliyinə yeni viza almağa gedir. Orada ona Rusiya üçün «persona non-qrat»dır (arzuolunmaz şəxs).
«Səlahiyyətli qurumlar Rusiya Federasiyası ərazisində sizi arzuolunmaz şəxs elan edib»-deyə, Setter səfirlik əməkdaşının söylədiklərini «Qardian»a müsahibəsində bildirib.
«Svaboda» radiostansiyasının məlumatına görə, ABŞ-ın Moskvadakı səfirliyi Rusiyanın Xarici İşlər Nazirliyinə məsələ ilə bağlı etiraz notası versə də, onlar uğursuz bir açıqlama alıb.