Almaniyanın kansleri Angela Merkel ölkə tarixində ilk dəfə minimumu əmək haqqı səviyyəsini təsdiqləyib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, 2015-ci ildən qüvvəyə minəcək həmin qanuna əsasən, minimum əmək haqqının səviyyəsi bir saata 8,5 avro (11,75 dollar) məbləğində müəyyənləşib.
Mənbə bildirib ki, Almaniya Avropa Birliyinin minimumu əmək haqqı müəyyənləşməyən 7 dövlətindən biridir.
Əvvəllər maaş həmkarlar təşkilatları və işçilərin başqa birlikləri tərəfindən təsbit edilirdi.
İqtisadçıların qənaətincə, Avropada ən nəhəng iqtisadiyyat olan ölkədə əmək haqqının artırılması insanların daha çox pul xərcləməsinə səbəb olacaq. Bu isə öz növbəsində iqtisadiyyatın artmasına təkan verəcək.