ABŞ və Çindən<span style="color:red;"> 38 milyard  dollarlıq müqavilə
24 sentyabr 2015 11:46 (UTC +04:00)

ABŞ və Çindən 38 milyard dollarlıq müqavilə

0

ABŞ-la Çin arasında sərnişin təyyarələrinin alqı-satqısına dair nəhəng razılaşma imzalanıb.

 

APA-nın “Business İnsider”ə istinadən verdiyi məlumata görə, Çin Xalq Respublikasının sədri Si Tzinpinin ABŞ-a səfəri zamanı Çin maliyyə şirkətləri qrupu ilə “Boeing” şirkəti arasında 300 sərnişin təyyarəsinin alınması barədə razılaşmalara imza atılıb. Bir neçə müqavilədən ibarət 38 milyard dollar dəyərində olan bu razılaşma Çin şirkətlərinin sərnişin təyyarələri ilə bağlı imzaladıqları ən böyük layihədir.

 

Razılaşmaya əsasən “Boeing” Çinə 250 ədəd "737" model dar fyüzelajlı və 50 ədəd geniş fyüzelajlı təyyarə satacaq.

 

Hazırda “Boeing” ayda 42 ədəd "737" model təyyarə istehsal edir. Korporasiya bu rəqəmi 60-a çıxarmağı planlaşdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 323

Oxşar yazılar