ABŞ-ın büdcəsi təsdiqləndi: 1,1 trilyon
14 dekabr 2014 12:00 (UTC +04:00)

ABŞ-ın büdcəsi təsdiqləndi: 1,1 trilyon

0
ABŞ Senatı ölkənin 2015-ci il üçün dövlət büdcəsini qəbul edib.

 

APA-nın “The Wall Street Journal”-a istinadın verdiyi məlumata görə, dekabrın 13-də qəbul edilmiş qanuna əsasən, federal büdcə 1,1 trilyon dollar həcmində müəyyənləşib.

 

Senatda qanun layihəsinin lehinə 56, əleyhinə 40 seNATOr səs verib.

 

Qeyd edək ki, ABŞ-da yeni maliyyə ili bu il oktyabrın 1-dən başlayıb və hökumət indiyədək müvəqqəti maliyyələşmə haqqında qətnamə əsasında fəaliyyət göstərib.

 

Büdcə layihəsinin müzakirəsi Konqresin Nümayəndələr Palatasında və Senatda ciddi fikir ayrılıqları ilə müşayiət olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 315

Oxşar yazılar