ABŞ-dakı internet-dükan Sergey İvanovu jurnalist adaşı ilə dəyişik salıb
06 aprel 2014 07:47 (UTC +04:00)

ABŞ-dakı internet-dükan Sergey İvanovu jurnalist adaşı ilə dəyişik salıb

0

Rusiya prezident administrasiyasının başçısı Sergey İvanovun adaşına ABŞ-dakı online mağaza idman ayaqqabısı satmaqdan imtina edib.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, mağaza bunu Rusiyaya tətbiq edilən sanksiya ilə əlaqələndirib.

 

 

Agentliyin məlumatına görə, Sankt - Peterburqda çıxan “Metro” qəzetinin əməkdaşı Sergey İvanovun adı, soyadı ABŞ-a poçt göndərməsi yasaqlananlar siyahısında olub.

 

Bununla da ABŞ-dakı onlayn –mağaza prezident administrasiyasının rəhbəri ilə jurnalist müştərini dəyişik salıb.

 

Vəziyyətdən çıxış yolu olaraq, müştəri sifarişi başqa adamın adına sənədləşdirib.

 

Məsələ ilə bağlı  Rusiya Prezident Administrasiyasının rəhbəri məktub yazaraq, adaşına dəstək verdiyini bildirib: "Hörmətli həmyerlim və adaşım! Təəccüb hissi ilə öyrəndim ki, ABŞ administrasiyasının mənə də tətbiq etdiyi sanksiya sizə rahatsızlıq yaradıb”.

 

Kreml Administrasiyasının rəhbəri bildirib ki, rusiyalılar gələcəkdə də belə problemlə yenidən qarşılaşa bilər: "Axı, ölkədə minlərlə Sergey İvanov var. Ancaq əminəm ki, bu xoşagəlməz maneələri biz birlikdə dəf edəcəyik. Bundan başqa sizin başınıza gələn bizə ABŞ-ın dəhşətli sanksiyalarını dəf etmək üçün yaxşı örnək oldu”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 955

Oxşar yazılar