“Şiə üsyançılarına qarşı beynəlxalq hərbi əməliyyat bir neçə gün davam edəcək”.
APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Yəmən xarici işlər naziri Riyad Yasin çıxış edib.
“Düşünürəm ki, əməliyyat çox çəkməyəcək. Fikrimcə, daha bir neçə gün tələb olunacaq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Yəməndə şiə üsyançıları (husilər) ilə hökumət qüvvələri arasında toqquşmalar davam edir.