"Türkiyənin addımları ciddi nəticələr verəcək" - Rusiya XİN
26 noyabr 2015 14:04 (UTC +04:00)

"Türkiyənin addımları ciddi nəticələr verəcək" - Rusiya XİN

0
“Moskva bir daha təsdiq edir ki, Suriya üzərində Rusiya təyyarəsini vuran Türkiyə tərəfinin addımları ikitərəfli əlaqələr üçün ciddi nəticələr verəcək və reaksiyasız qalmayacaq”.

APA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

Qeyd olunur ki, dünən Kopenhagendə Rusiya xarici işlər nazirinin I müavini Vladimir Titovun Danimarka xarici işlər naziri Kristian Yensenlə görüşü olub, habelə Danimarka XİN-in stats-katibi ilə məsləhətləşmələr aparılıb.

 

Danışıqlar zamanı Rusiya tərəfi Türkiyə Hərbi-Hava Qüvvələrinin Suriyada Rusiyanın Su-24 təyyarəsini vurmasına qiymət verib, Türkiyə tərəfinin addımının düşünülmüş və təxribat xarakterli olduğunu vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 500

Oxşar yazılar