"Partlayış uğursuz terror cəhdidir" - Nyu-York meri
11 dekabr 2017 19:34 (UTC +04:00)

"Partlayış uğursuz terror cəhdidir" - Nyu-York meri

0
“Nyu-Yorkda avtobus terminalında baş vermiş partlayış terrorla əlaqəlidir”.
 
APA-nın NBC-yə istinadən verdiyi xəbərə görə, bunu Nyu-York meri Bill de Blasio jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, hadisəni törədən 27 yaşlı Akayed Ullah olub. Banqladeş əsilli A. Ullah Bruklində yaşayırmış.
 
“Bu, uğursuz terror cəhdidir. Onların bizi narahat etməsinə icazə verməyəcəyik. Bu, onların yeganə məqsədidir”, - deyə mer əlavə edib.
 
Qeyd edək ki, Nyu-Yorkda partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan biri hadisəni törədən şəxsdir.
 
Partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi ehtimal edilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 339

Oxşar yazılar