<span style="color:red;">Türkiyə bir gündə 16 şəhid verdi: <b> 34 əsgər yaralı</b> - YENİLƏNİB
03 sentyabr 2016 18:29 (UTC +04:00)

Türkiyə bir gündə 16 şəhid verdi: 34 əsgər yaralı - YENİLƏNİB

0

Bu gün Türkiyənin Hakkari vilayətinin Şəmdinli qəsəbəsi istiqamətində, Ağtütün adlanan ərazidə PKK terrorçuları ilə baş verən qarşıdurmada 5 hərbçi şəhid olub. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, bölgədəki avtomobil yollarını mühafizə edən hərbçilər qəfil hücuma məruz qalıb. Atışma zamanı 5 hərbçi həyatını itirib, daha 6 hərbçi isə xəstəxanaya yerləşdirilib.

 

Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Qeyd edək ki, Türkiyə ordusu son sutka ərzində PKK terrorçularının hücumları nəticəsində artıq 16 hərbçisini itirib.

 

*****

 

14:17

 

Türkiyənin Hakkari vilayətinin Çukurca kəndi yaxınlığında bu gün səhər saatlarında keçirilən əməliyyat zamanı baş verən atışmada 3 əsgər şəhid olub. Lent.az-ın sozcu-yə istinadən xəbərinə görə, 3-ü ağır olmaqla 20 əsgər yaralanıb. 

 

***

 

11:25

 

Türkiyə daha 8 hərbçisini itirib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Vanın Çaldıran qəsəbəsi və Ağrının Doğubeyazid qəsəbəsi arasındakı Tendürek dağı adlanan ərazidə hərbi hissəyə qayıdan herbçilər terrorçuların hücumuna məruz qalıb. Axşam saatlarında pusqu quran PKK üzvləri iriçaplı silahlarla hərbçiləri atəşə tutub. İlkin məlumata görə, atışmada 8 hərbçi şəhid olub. Terrorçular isə 11 üzvünü itirib.

 

 

Van valiliyi hadisəni təsdiqləyib və rəsmi saytı vasitəsi ilə 8 hərbçinin öldüyünü, daha 8-nin isə yaralandığını bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 555

Oxşar yazılar