[b]<span style="color:red;">Tarixi sənəd imzalandı  - Cənubi və Şimali Koreya liderləri bir arada[/b]
27 aprel 2018 14:07 (UTC +04:00)

[b]Tarixi sənəd imzalandı - Cənubi və Şimali Koreya liderləri bir arada[/b]

0
Bu gün Koreya Respublikasının prezidenti Mun Çje İn və Şimali Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In birgə Bəyannamə imzalayıblar.  
 
 
 
APA-nın xəbərinə görə, sənəd belə adlanır: “Sülh, inkişaf və Koreya yarımadasının birləşməsi haqqında Pxanmundjom Bəyannaməsi”.
 
 
 
Dövlət başçıları təsdiqləyiblər ki, hər iki ölkənin ümumi məqsədi Koreya yarımadasında denuklearizasiya, yəni nüvə tərksilahı aparmaqdır: “Cənub və Şimal Koreya yarımadasının denuklearizasiyası məsələsində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq üçün fəal səylər göstərmək barədə razılığa gəldilər”.
 
 
 
Bəyannamədə deyilir ki, Cənubi Koreya və KXDR bir-birinə qarşı düşmənçilik fəaliyyətlərini dayandırırlar: “Koreya yarımadasında bir daha heç vaxt müharibə olmayacaq, yeni sülh dönəmi başlayıb!”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 511

Oxşar yazılar