İtaliyanın sabiq baş naziri Silvio Berluskoni məhkəmənin qərarı ilə qocalar evində ictimai işlərə başlayıb.
APA-nın məlumatına görə, bu barədə “Frans Press” agentliyinin yaydığı xəbərdə bildirilir.
Berluskoni Milan yaxınlığında yerləşən qocalar evinin Altsmeyger xəstələrinin olduğu şöbədə işə başlayıb. Tibb müəssisəsinin rəhbərliyi jurnalistlərə bildirib ki, məşhur olmasına rəğmən, Berluskoniyə digər əməkdaşlara kimi münasibət bəsləniləcək.