Rusiyada ayı insanlara hücum edib. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, hadisə ölkənin Kamçatka bölgəsinin Yelizovski rayonunda qeydə alınıb. Yaxınlıqdakı məşədə yaşayan ayı qəfildən sakinlərə hücum edib.
Ayının kənd sakini olan 52 yaşlı qadını yediyi, 43 yaşlı kişiyə isə ağır bədən xəsarətlər yetirdiyi bildirilir. Xəstəxanaya yerləşdirilən kişinin vəziyyəti ağırdır
Qeyd edək ki, ötən il Kamçatqada insanlara hücum edən 140 ayı güllələnib.