ŞOK! Dinini dəyişdirməyən hamilə qadına edam cəzası verildi
17 may 2014 11:09 (UTC +04:00)

ŞOK! Dinini dəyişdirməyən hamilə qadına edam cəzası verildi

0

Sudanda 8 aylıq hamilə qadına dinin dəyişdirmədiyinə görə edam cəzası verilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, anası xristian, atası müsəlman olan Məryəm Yəhya İbrahim İshak adlı qadın İslam dinini qəbul etməyib. Məhkəmə həmin qadının müsəlman olması ilə bağlı qərar versə də, İshak məhkəmənin qərarından üç gün sonra İslamı qəbul etməyəcəyini bildirib. O, uşaqlıqdan xristian olduğunu bəyan edib.

 

Bundan sonra məhkəmə sudanlı qadınının edam cəzasına məhkum olunması ilə bağlı qərar verib. Ancaq qadın hamilə olduğu üçün həmin cəza doğumdan iki il sonra icra ediləcək. Məhkəmənin bu qərarı İnsan Hüquqları Təşkilatı tərəfindən sərt etirazla qarşılanıb.     

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1784

Oxşar yazılar