APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Tusk, Merkel və Olland arasında əldə olunan kompromis qərara əsasən Rusiyaya qarşı sanksiyaların müddəti 2015-ci ilin sonuna qədər uzadılacaq. Çünki Minsk sazişində Ukrayna-Rusiya sərhədinin nəzarətsiz hissəsinin məhz 2015-ci ilin sonuna qədər Kiyevin nəzarətinə qaytarılması nəzərdə tutulub. Əgər bu baş verərsə, Rusiyaya qarşı sanksiyaların ləğvi mümkün olacaq.
İyunda bitəcək sanksiyaların uzadılması məsələsinə Aİ-nin həmin ay keçiriləcək sammitində baxılacaq.