Qurban Qurbanov reanimasiyada: Dərbənd ayağa qalxdı
01 avqust 2014 16:19 (UTC +04:00)

Qurban Qurbanov reanimasiyada: Dərbənd ayağa qalxdı

0

Dağıstan Respublikasının Dərbənd rayonunun Administrasiyasının sədri Qurban Qurbanov ağır vəziyyətdə mərkəzi şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Bu barədə Lent.az-a Dağıstandakı mənbədən məlumat daxil olub. Mənbənin dediyinə görə, buna səbəb ona zorla istefa ərizəsini yazdırılmasıdır. Bu təklifi isə ona Dağıstan Prezidenti Ramazan Abdulatipov verib. R.Abdulatipov onu 3 gün öncə Mahaçqalaya çağıraraq, istefa verməyi təklif edib. Qurbanov isə bildirib ki, onun səlahiyyət müddəti 2016-cı ildə başa çatır. Bundan sonra geri qayıdan Q.Qurbanovun vəziyyəti pisləşib.

 

Onu da qeyd edək ki, bu gün Dərbənd rayonunun Məmmədqala kəndində Q.Qurbanovun müdafiəsi ilə bağlı böyük bir etiraz aksiyası keçirilib. Həmin mitinqin açıq havada keçirilməsinə icazə verilməyib. Təxminən 700-800 nəfərə yaxın kənd sakini və eləcə də Dərbənddən gəlmiş azərbaycanlılar yerli mədəniyyət evinə toplaşıblar. Orada Q.Qurbanovun səlahiyyətlərinə xitam verilməsinə etiraz ediblər. Sakinlər bildiriblər ki, qərar dəyişilməsə, bazar ertəsi yenidən etiraz aksiyası keçirəcəklər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4472

Oxşar yazılar