Ölkə başçısı açıqladı: "Bir ayda 600 min dəfə salavat çəkmişəm"
15 yanvar 2015 12:52 (UTC +04:00)

Ölkə başçısı açıqladı: "Bir ayda 600 min dəfə salavat çəkmişəm"

0

“Ötən bir aydan az müddət ərzində Çeçenistanda ümumilikdə 18 218 279 045 dəfə salavat çevrilib. Bunun 600000 dəfəsini şəxsən özüm etmişəm”. Lent.az-ın Rusiya mediasına istinadən məlumatına görə, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib.

 

Qeyd edək ki, Məhəmməd peyğəmbərin mövludu günü ilə bağlı açıqlamasında Kadırov Rusiya və dünya müsəlmanlarını adambaşına 500000 dəfə salavat çevirməyə çağırmışdı.

 

Çeçenistan rəhbəri əmindir ki, daimi olaraq salavat çevirən hər bir müsəlman, bununla  Quran və sünnəyə uyğun həyat sürmüş olacaq.

 

“Salavatın böyüklüyü ondadır ki, Allah və mələklər də salavat çevirirlər”, – deyə Kadırov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar