Nazir açıqladı: Rusiya səfirini öldürən polis əməkdaşıdır
19 dekabr 2016 23:07 (UTC +04:00)

Nazir açıqladı: Rusiya səfirini öldürən polis əməkdaşıdır

0

Rusiyanın Türkiyədəki səfiri Andrey Korlov xəstəxanada dünyasını dəyişib.

 

APA-nın məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

 

 

Nazir qeyd edib ki, hadisə baş vermiş incəsənət mərkəzinin ərazisinə dərhal çevik polis alayının əməkdaşları cəlb edilib.

 

O bildirib ki, silahlı hücumu Türkiyənin Aydın vilayətindən olan 1994-cü il təvəllüdlü, Ankara Cevik Polis Alayında xidmət edən Mövlud Mətin Altıntaş törədib.  Silahlı hücumu törədən şəxs zərərsizləşdirilib.  

 

Nazir həmçinin hadisə zamanı daha 3 nəfərin yaralandığını, onlardan birinin artıq evə buraxıldığını, daha iki nəfərin isə müalicəsinin davam etdiyini, onlardan birinin ayağından, digərinin isə qolundan yaralandığını qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 392

Oxşar yazılar