<span style="color:red;">Kabildə gərginlik:  seçki hazırlığı hərbi əməliyyata bənzəyir – <span style="color:red;">CANLI XƏBƏR
04 aprel 2014 18:13 (UTC +04:00)

Kabildə gərginlik: seçki hazırlığı hərbi əməliyyata bənzəyir – CANLI XƏBƏR

0

Sabah, aprelin 5-də Əfqanıstanda prezident seçkiləridir. Bu seçkilərdə 2011-ci ildən, Taliban rejimi devrildikdən sonra bu ölkəyə rəhbərlik edən Həmid Karzay erası başa çatır.

 

Lent.az-ın hazırda Əfqanıstanda olan əməkdaşının verdiyi məlumata görə, bu gecə saat 12-dən etibarən seçki təbliğatına da son veriləcək. Hazırda Kabilin küçələri böyük bir hərbi əməliyyata hazırlaşan poliqonu xatırladır. Hər yüz metrdən bir hərbçilər və polis postlardır. Hər addımda ciddi yoxlama var. Əslində, bu da səbəbsiz deyil. Çünki hələ seçki marafonu başlamazdan əvvəl Taliban seçkini pozacağını bildirmişdi. Elə dünənə qədər ölkənin müxtəlif yerlərində baş vermiş terror aktları və qətllər bundan xəbər verir.

 

Bu səbəbdən də, təhlükəsizliyi təmin etmək məqsədilə, səsvermə səhər saat 8-də başlayıb, saat 16-da başa çatacaq.

 

Hazırda prezident postu uğrunda 8 namizəd mübarizə aparır. Amma istər sadə adamlarla, istərsə də yerli jurnalistlərlə söhbət zamanı əsas mübarizənin üç nəfər arasında gedəcəyi bəllidir. Bunlar indiki prezident Həmid Karzayın da dəstək verildiyi keçmiş xarici işlər naziri Zalmay Rasul, nüfuzlu ictimai-siyasi xadim Abdula Abdulla və Əşrəf Qəni Əhmədzaydır.

 

Əfqanıstanda yaşayan türkmən, xəzər və özbəklərin də ən çox dəstək verdiyi Əşrəf Qənidir. Çünki məhz o seçkiyə özbək əsilli əfsanəvi general Əbdülrəşid Dustumla bir yerdə, yəni koalisiyada gedir. Qalib gələcəyi təqdirdə, Dustuma 1-ci vitse-prezident postu vəd edilib.

 

Bu gün səhərdən paytaxtda qismən sakitlik olsa da, gərginlik gözlə görünür. Ən çox qorunan isə seçkilərə cavabdeh olan Müstəqil Seçki Komitəsidir. Qeyd edək ki, son üç gündə ora iki dəfə silahlı hücum olub. Kökəncə özbək olan Ömər Qəmbərin dediyinə görə, sabah isə gərginlik pik həddinə çatacaq: “Heç nəyi proqnozlaşdırmaq mümkün deyil. Nə seçkinin nə ilə nəticələnəcəyini, nə də seçkinin, ümumiyyətlə, baş tutacağını”.

 

Səbuhi Məmmədli,

Kabil

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1311

Oxşar yazılar