<span style="color:red;">İnsanı sarsıdan olay:  atasına görə xəstəxanada evləndi
29 may 2014 15:19 (UTC +04:00)

İnsanı sarsıdan olay: atasına görə xəstəxanada evləndi

0

Türkiyədə qeyri-adi toy olub. Lent.az-ın milliyet.com.tr-yə istinadən verdiyi xəbərə görə, 51 yaşlı sahibkar Kadir Akyolun xəstəliyi ilə əlaqədar qızı Dilek Akyolun nikah mərasimi xəstəxanada keçirilib.

 

10 ay əvvəl nişanlanan Dilek Akyolla mühəndis Caner Kılıçın nikah və toy mərasimi 28 may tarixinə salınıb. Ancaq toydan bir gün əvvəl vəziyyəti ağırlaşan xərçəng xəstəsi Kadir Akyol xəstəxanaya yerləşdirilib. Bundan sonra ailə toyu təxirə salaraq nikah mərasimini xəstəxanada keçirməyə qərar verib.

 

Kadir Akyolun müalicə olunduğu “Acıbadəm” Adana xəstəxanasına gələn cütlüyün nikahını Adana bələdiyyəsinin sədri Hüseyn Sözlü rəsmiləşdirib.

H.Sözlü bələdiyyə sədri olduğu 16 il müddətində ilk dəfə xəstəxanada nikah mərasimində iştirak etdiyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2913

Oxşar yazılar