ABŞ-dan xəbərdarlıq:  Avropada yeni terror aktları törədilə bilər
22 noyabr 2016 04:13 (UTC +04:00)

ABŞ-dan xəbərdarlıq: Avropada yeni terror aktları törədilə bilər

0

ABŞ Dövlət Departamenti terrorçuların Avropada yaxın gələcəkdə yeni terror aktları planlaşdırması ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.  

 

Dövlət Departamenti Avropa ölkələrində, xüsusi olaraq bayram günlərində terror aktlarının törədilməsi ehtimalının yüksək olduğunu bildirib.

 

“Əldə olan məlumata əsasən ehtimal edilir ki, İŞİD, “Əl-Qaidə” kimi terror təşkilatları yeni  terror aktları törətməyi planlaşdırmağa davam edirlər. Avropada terror aktlarının törədilməsi ehtimalı yüksəkdir”, məlumatda deyilir.

 

Dövlət Departamenti vətəndaşlarına insanların kütləvi toplaşdığı məkanlarda və ictimai nəqliyyatda ehtiyatlı olmaq tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 331

Oxşar yazılar