<b>Türkiyənin müdafiə naziri:</b> "Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır"
31 oktyabr 2015 10:43 (UTC +04:00)

Türkiyənin müdafiə naziri: "Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır"

0

“Türkiyə ilə Azərbaycan çox da uzaq olmayan zaman məsafəsində Şərqin ilk cümhuriyyətlərini elan etmiş iki qardaş ölkədir".

 

Bunu Türkiyə Cümhuriyyətinin qurulmasının  92-ci ili münasibətilə ölkə prezidentinin keçirdiyi qəbulda APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyənin milli müdafiə naziri Vəcdi Gönül deyib.

 

Azərbaycan torpaqlarının hələ erməni işğalı altında qalmasına toxunan nazir bu məsələnin daim Türkiyənin diqqətində olduğunu vurğulayıb: "Qafqazda sülh və əmin-amanlıq istəyən hər kəs bilməlidir ki, bunun ilk şərti Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasıdır. Türkiyə bundan sonra da bölgəyə  ədalətli sülh gəlməsi üçün çalışacaq. İnşallah, hər şey yaxşı olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar