Türkiyənin iki vilayətində terror aktları törədilib, 5 nəfər şəhid olub, 3 nəfər yaralanıb.
APA-nın məlumatına görə, Van vilayətinin Başkale qəsəbəsində PKK terrorçuları mülki mikroavtobusa hücum ediblər. Silahlı hücum nəticəsində 4 nəfər şəhid olub, 2 sərnişin isə xəsarət alıb. Valiliyin yaydığı məlumata görə, yaralılar xəstəxanada müalicə olunurlar. Terrorçuların zərərsizləşdirilməsi üçün tədbirlər görülür.
Yüksəkova vilayətinin Hisar dağı bölgəsində isə PKK terrorçularının top atəşi nəticəsində 1 əsgər yaralanıb. Yaralı əsgər xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Bölgədə terrorçulara qarşı genişmiqyaslı əməliyyat başlayıb.
***
Van vilayətinin Başkale rayonunda PKK silahlıları içərisində kənd qoruyucuları olan mikroavtobusu atəşə tutublar.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya göndərilib. Onların vəziyyətləri barədə məlumat verilmir.
Terrorçuların tutulması üçün bölgədə əməliyyat başlayıb.