<b>Türkiyədə naməlum şəxs məktəbdə atəş açdı</b>  - <span style="color:red;"><b>7 yaralı</b>
27 dekabr 2017 22:50 (UTC +04:00)

Türkiyədə naməlum şəxs məktəbdə atəş açdı - 7 yaralı

0

Türkiyənin Qaziantəp şəhərində naməlum şəxs məktəbin həyətində tüfəngdən atəş açıb.

 

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 5-i şagird olmaqla 7 nəfər xəsarət alıb. Yaralılar  xəstəxanaya çatdırılıb, onların həyatlarına təhlükə olmadığı bildirilir.

 

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 472

Oxşar yazılar