[b]Türkiyədə hakim və prokurorların beşdə birinin həbsinə başlanıb[/b]
18 iyul 2016 12:07 (UTC +04:00)

[b]Türkiyədə hakim və prokurorların beşdə birinin həbsinə başlanıb[/b]

0

Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi ilə əlaqədar 2745 hakim və prokuror vəzifədən çıxarılıb.

 

APA-nın “Sözcü” qəzetinə istinadən verdiyi xəbərə görə, işdən uzaqlaşdırılanların həbsinə başlanıb.

 

Həbs olunan hakim və prokurorların sayının 3 minə çatacağı bildirilir. Bu miqdar Türkiyədəki hakim və prokurorların beşdə birini təşkil edir.  

 

Türkiyə Hakimlər və Prokurorlar Ali Şurasının məlumatına əsasən ölkədə 10 min 72 hakim və 4 min 921 prokuror var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 539

Oxşar yazılar