[b]Şimali Koreya terrorizmi dəstəkləyən dövlətlər siyahısına qaytarıldı[/b]
20 noyabr 2017 23:11 (UTC +04:00)

[b]Şimali Koreya terrorizmi dəstəkləyən dövlətlər siyahısına qaytarıldı[/b]

0

Rəsmi Vaşinqton Şimali Koreyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısına əlavə edib

 

APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

 

"Bu, Şimali Koreyaya qarşı daha çox sanksiyaların tətbiqinə səbəb olacaq", deyə Tramp bildirib.

 

Qeyd edək ki, 2008-ci ildə ABŞ Dövlət Departamenti Şimali Koreyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarıb.

 

Beləliklə, hazırda terrorizmi dəstəkləyən dövlətlər siyahısında 4 ölkənin adı var: İran, Sudan, Suriya və Şimali Koreya.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar