Rusiyada qohumlarına saxta sənəd satan azərbaycanlıya hökm oxunub. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, hadisə Kostroma şəhərində baş verib. Azərbaycan vətəndaşı yaxın qohumlarına rus dilindən saxta imtahan sertifikatları satdığına görə məhkəməyə verilib. Xatırladaq ki, Rusiya qanunvericiliyinə görə, bu ölkədə işə düzəlmək istəyən şəxs mütləq rus dilindən imtahan verib zəruri sertifikat almalıdır.
Mühakimə olunanın qohumları sertifikat alıb iş yerinə təqdim edərkən, sənədin saxta olduğu üzə çıxıb.
Kostroma şəhər məhkəməsi saxta sənəd düzəldəni 9 ay azadlıqdan məhrum edib.