[b]Nazlanan “mələklər”, öpüş azadlığı, “qız dükanı”... – “Seks Evi”ndən REPORTAJ[/b]
09 iyun 2014 18:43 (UTC +04:00)

[b]Nazlanan “mələklər”, öpüş azadlığı, “qız dükanı”... – “Seks Evi”ndən REPORTAJ[/b]

0

Elə görünüşündən, kənardanca hər şey çox sadə və aydındır. Yəni nə üstünə “bar” yazılmayıb, nə “masaj salonu” yazılmayıb, nə də Sumqayıt yolunda olduğu kimi hansısa rayonun, şəhərin adına kafe deyil. Qısa və öz adı ilə yazılıb: “Sex Haus (Seks evi)”...

 

Frankfurtda (Almaniya) olarkən nəzərimdən yayınmayan özəlliklərdən biri də bu idi. Əslində, səfərimizin məqsədi və proqramı tamam başqa idi. Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi səfərin sıx proqramından qalan vaxtımızı Avropa cəmiyyəti, dəyərləri ilə tanışlığa həsr edirdik və bu işdə dediyim kimi, bizim cəmiyyətdən qabarıq fərqlənən cizgilər məni daha çox maraqlandırırdı.

 

Frankfurtun mərkəzi küçələrindən birində, daha dəqiq desək, polis bölmələrinin biri ilə eyni küçədə çox yaraşıqlı binalardan bir neçəsi belə adlanır – “Sex Haus”. Və bu binaların özəlliyi axşam düşən kimi daha qabarıq formada özünü göstərir.

 

Binanı girişdən bəzəyən çılpaq, erotik görünüşlü, həzz anında olan qadın şəkilləri, xüsusilə yuxarıda qeyd etdiyim kimi, adının girişdə geniş plakatda yazılması binanın təyinatını onsuz da bəlli edir.

 

Hər binaya bitişik “Sex shop”, “Erotik shop” adlı dükanlar da var. Kənardan bizim supermarketlərə oxşayır. Amma qarşısındakı şəkilli plakatlardan içəridə intim aksessuarların rəsmi satışının olması aydın görünür. İçərisində lap ərzaq piştaxtalarına oxşayan piştaxtalarda müxtəlif növdə həm qadınlar, həm də kişilər üçün intim aksessuarlar, özü də lisenziyalaşdırılmış formada satılır.

 

Frankfurtun mərkəzindəki küçələrin təxminən üç-dördündə bu binalardan eyni küçədə bir neçəsi var.

 

Pilləkənləri qalxdıqca hər mərtəbədə öz mənzilinin (hər mərtəbədə bir otaqdan ibarət olan 3-4 belə mənzil var, təxminən yataqxana tipli) qarşısında alt paltarında gələnləri seksual formada salamlayan qızlar, divarlardakı erotik yazılarla yanaşı hər evin qapısı üstdə yapışdırılan lisenziyalar, oradakı  qızın milliyyəti, yaşı, qanının qrupu və bədən ölçüləri dərhal sübut edir ki, bura qanunlara riayət etməklə fəaliyyət göstərən bir obyektdir. Yazıların isə yerli alman dilində yox, ingilis dilində olması bunun turistik məqsəd daşımasını da göstərir. Bu, həmçinin binaların son dəblə təmirli olmasından da hiss olunur.

 

Burada “xidmət” göstərənlər iri dodaqlı, iri döşlü və iri yanlı Afrika, Latın Amerikası ölkələri qızları, ən çoxu isə Şərqi və Cənubi Avropa ölkələrindən olan qızlardır. Aralarında rumın, bolqar, macar, alban, yunan, polyak və serb üstünlük təşkil edir. Ən çox yaşı olanın isə təxminən 28-30 olar, əksəriyyət 20-23 yaşlı qızlardır.

 

Mənzillərinin qapısında duran qızlar (insafən, aralarında gözəlləri çoxdur) vitrindən boylanan kuklaları xatırladır. Hər mərtəbədə hər şey eynidir, yalnız qızlar dəyişir. Birdən görürsən ki bir mərtəbədə yalnız bir qız evinin qarşısında durub gözləyir. Bu o deməkdi ki, artıq mənzilinin qapısı bağlı olan digər sahibələr “ürəklərinin qapısını açmağa” müştəri tapıblar...

 

Ziyarətçilər müxtəlif yaşda kişilərdir. Bura yeniyetmələrdən tutmuş yaşlı kişilərə qədər hər kəs gəlir. Mərtəbələri gəzib, qızları süzürlər, hətta bəzən əl atıb “ora-burasını” yoxlayırlar. Bundan vəcdə gələn qadın daha da nazlanaraq, müştərini əldən buraxmamaq üçün istəmir. Qiymətləri isə çox baha deyil: 20 dəqiqə 30 avrodan hesablanır.

 

Bir neçə mərtəbə gəzdikdən, müvafiq olaraq dillərini bildiklərim qədər söhbət etdikdən sonra mərtəbələrin birində təxminən beş evin hamısının “sakini”nin qapılarından boy – boya verib məni salamlamasını görüb, şəkillərini çəkdim. Elə bu an bayaqdan məni gülərüz qarşılayan qızlar quzğun sürüsünə döndülər. Hay-küylə biri harasa zəng etdi, biri telefonumu tələb etdi, biri isə qayıdıb çıxmayım deyə mərtəbənin pilləkənə çıxan qapısını kəsdi. Az keçməmiş haradansa şıq geyinmiş iki hündürboy oğlan peyda oldu - bir qaradərili, bir ağdərili. Az-çox anladığım qədər hiss etdim ki, almanca məndən sənədlərimi tələb etdilər. Tam anlamadığımı görən ağdərili nə fikirləşdisə, tələblərini qırıq-qırıq türk dilində davam etdi. Onlardan kim olduqlarını və niyə məndən sənəd tələb etdiklərini soruşdum. Ağdərili sənədlərini göstərərək, binanın administratoru olduğunu bildirdi. Və arxasınca olduqca mədəni formada izah etdi ki, bu binada istədiyim istirahəti edə və istədiyim qızla tanış ola bilərəm. Amma foto və video çəkilişlər qadağandır. O, bunun binanın girişində də xəbərdarlıq formasında yazıldığını da bildirdi (çıxışda gördüm, girən zaman fikir verməmişəm. Amma sonradan, hətta Brüsseldə də, müəyyən çəkilişlərə gizlin də olsa nail oldum).

 

Onlar mənə ya çəkdiklərimi silməyi, ya da telefonumu müsadirə edəcəklərini bildirdilər. Bunun üçün onlara rəsmi icazənin verildiyini də dedilər. Məcburən qızların şəkillərini sildikdən sonra gözlədiyimin əksinə olaraq məni binadan çıxartmadılar, “xoş istirahətlər deyib” əl işarəsi ilə davam etməyimi buyurub gəldikləri kimi də yox oldular...

 

Qızlar da sanki heç nə olmayıbmış kimi əvvəlki “nəvaziş”lərinə qayıdıb müxtəlif dildə, seksual yalvarışla məni “arzuladıq”larını təkrarlamağa başladılar.

 

Növbəti mərtəbələrin birində az-çox rusca bilən, milliyyətcə bolqar olan Yana bir az söhbətdən sonra nəinki özü haqqında, hətta bu məkanın “tərcümeyi-halı” barədə də az da olsa danışa bildi.

 

23 yaşlı Yana Almaniyaya 3 il əvvəl İstanbuldan gəldiyini dedi: “İstanbula iş dalınca getmişdim. Yenicə işə düzəldiyim bir turizm firmasının rəhbəri məni Frankfurta göndərdi. Sonra necə oldusa buranın sahibi, hansı ki o da turizm şirkətinə sahiblik edir, mənim ona burda lazım olduğumu bildirdi. Sonra necə oldusa pasportumu itirdilər və əvvəlcə özü mənimlə yatdıqdan sonra yavaş-yavaş gəlib bura düşdüm. İlk günlər bu məni əsəbiləşdirsə də artıq hər şey qaydasındadır, narazı deyiləm...” Onun söhbətindən məlum olurdu ki, vasitələr müxtəlif olsa da məzmunca digər qızlar da onun kimi bura “gəlib çıxıb”.

 

Qonşu evin qapısından bizə tamaşa edən qaradərili qız Yana ilə onun anlamadığı, amma sövdələşmədən çox başqa məzmunda danışığımızdan şübhələnib, almanca onu tənbeh eləməyə başladı. Anladığım qədər, mənimlə bu cür söhbətin onlara qadağan olduğunu ona xatırladırdı...

 

Yana onu da demişdi ki, həftədə bir dəfə onları şəhərdəki klinikaların birində müayinə edirlər və müayinələrin nəticəsi olaraq bu barədə müvafiq qurumlara rəsmi hesabat da verilir.

 

***

 

Eyni hal bir az başqa formada Almaniyanın Köln şəhərində və Belçikanın paytaxtı Brüsseldə də rastıma çıxdı. Kölndə eynən Frankfurtdakı kimi binalar, evlər olsa da Brüsseldə forma bir az başqadır. Qısa desək, daha aşkar və daha qabarıqdır. Məsələn, Brüsseldə bu evlərdən çox yol kənarı dükanlar formasında böyük şüşə arxasında düzülən stollarda oturmuş çılpaq gənc qızlardan ibarətdir. Onlar yoldan keçən kişiləri seksual hərəkətlərlə içəri dəvət edirlər.

 

Bundan başqa, adətən axşam gecəyə doğru şəhərin mərkəzi küçələrində, xüsusən də turistlərə, gənc qızlar yaxınlaşır, icazə almadan öpür və hansısa otelə dəvət edir. Bu, əsasən otellərin çox olduğu küçələrdə rast gəlinir. Bir küçəyə onlarla gənc və gözəl qızlar yığışır. Hamısı da konkret bir oteldə yatmağa dəvət edirlər. Qiymətlər isə Almaniyadakı qiymətlərdən o qədər də fərqlənmir: 30 dəqiqə 30-50 avro arasında dəyişir. Burada qızlar arasında hətta milliyyətcə türk olanlara da rast gəldik...

 

Mübariz Aslanov,

Bakı-Frankfurt-Köln-Brüssel-Bakı

[email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 14454

Oxşar yazılar