[b]Nazirliyin binasında yanğın [/b] - [b]3 ölü, 15 yaralı[/b]
08 iyul 2017 04:38 (UTC +04:00)

[b]Nazirliyin binasında yanğın [/b] - [b]3 ölü, 15 yaralı[/b]

0

Salvadorun paytaxtı San-Salvadorda maliyyə nazirliyinin binasında yanğın baş verib.

 

APA-nın “Kommersant”-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 3 nəfər ölüb, 15 nəfər yaralanıb. Yaralılardan 7-nin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Yanğın zamanı xilasedicilər tərəfindən 50-dək nazirlik əməkdaşı təxliyə olunub. İlkin versiyaya əsasən, yanğına binanın soyutma sistemində yaranan qısaqapanma olub. Hazırda yanğının söndürüldüyü bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 395

Oxşar yazılar